Şimali Koreya hakimiyyəti respublikada hərbi xidmətə çağırış yaşını 23-dən 25-ə qaldırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RFA radiosu mənbələrə istinadən məlumat yayıb.
“Orduya çağırış üçün maksimum yaş həddi 23-dən 25-ə qaldırılıb”, – radiostansiya xəbər verir.
Heç bir təsdiq və ya rəsmi şərh verilməyib.
Qeyd edək ki, noyabr ayında Şimali Koreya lideri Kim Çen In müharibəyə tam hazırlığın təmin edilməsinin vacibliyini vurğulamışdı.