Sumqayıt şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə görüləcək təmir-quraşdırma işləri ilə bağlı 27.12.2024-cü il tarixində saat 09:00-dan etibarən işlər başa çatanadək “Sumqayıt” QPS-dən qidalanan “Şəhər qazı-4(Sumqayıt)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
NOCOMMENT.az xəbər verir ki, “Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin böyük hissəsinin qaz təchizatının dayandırılması, günün ikinci yarısında işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.