“Ramiz Mehdiyev Azərbaycanda ad-soyadını dəyişən ermənilərin hamısını vəzifələrə yerləşdirib” – Partiya sədribackend

“Ramiz Mehdiyev Azərbaycanda ad-soyadını dəyişən ermənilərin hamısını vəzifələrə yerləşdirib” – Partiya sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndi Mehdiyevi söyənlərin çoxu onun sayəsində irəli çəkilmiş adamlardır və çoxu da imitasiya ilə məşğuldurlar ki, hədəfi yayındırsınlar”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevi hədəfə alanların çoxunun vaxtilə onun sayəsində karyera qurduqlarını qeyd edən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

MMP sədrinin sözlərinə görə, Ramiz Mehdiyevin hələ də azadlıqda olması ölkə üçün ciddi təhdidlər yaradır:

“Bunu bilməyən yoxdur ki, Ramiz Mehdiyev Azərbaycanın bir nömrəli düşmənidir. Onun arvadı, bütün nəsli ermənidir. Ramiz Mehdiyev Azərbaycan xalqına, dövlətinə və dövlət bşçısına xəyanət edən bir insandır. 

Mehdiyevin indiyə kimi həbsə salınmaması qətiyyən doğru deyil. O, azadlıqda nə qədər çox qalsa, o qədər də çox üfunət yayacaq. Artıq bu gün iylənə-iylənə gəzir.

Ramiz Mehdiyevin yaxın günlərdə həbsi gözlənilir. Bu gün onun əldə etdiyi sərvətin siyahısı dərc olunub. Ondan soruşmaq lazımdır ki, bu qədər sərvətti necə toplayıbsan?

Azərbaycanda ad-soyadını dəyişmiş nə qədər erməni varsa, Ramiz Mehdiyev onların hamısının müxtəlif vəzifələrə yerləşdirib. Onlar da ona dəstək verir. Mehdiyevin əlində milyardlar var, müəyyən təsir imkanlarını saxladığına görə belə dirəniş göstərir.

İndi Mehdiyevi söyənlərin çoxu onun sayəsində irəli çəkilmiş adamlardır və çoxu da imitasiya ilə məşğuldurlar ki, hədəfi yayındırsınlar. Ancaq hesab edirəm ki, kimin kim olduğu üzə çıxacaq, onların hamısı cəzalarını alacaqlar”.