Suriya kəşfiyyatının yeni rəhbəri kəşfiyyat orqanlarının yenidən qurulmasına söz veribbackend

Suriya kəşfiyyatının yeni rəhbəri kəşfiyyat orqanlarının yenidən qurulmasına söz verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın təhlükəsizlik və kəşfiyyat orqanları elə dəyişdiriləcək ki, onlar dövlətin və xalqın həqiqi mənafelərinə xidmət etsinlər.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu dekabrın 26-da Suriyada kəşfiyyat xidmətinin rəhbəri vəzifəsinə təyin edilmiş Ənəs Həsən Xəttab SANA agentliyinə açıqlaması zamanı deyib.

“Əvvəlki rejimdə təhlükəsizlik qüvvələri müxtəlif və çoxsaylı idi, lakin onların hamısı repressiya və vətəndaşların azadlığını boğmaq üçün istifadə olunurdu”, – deyə o bildirib.

Onun sözlərinə görə, kəşfiyyat idarəsinin bölmələri ləğv edildikdən sonra təqiblərdən əziyyət çəkən Suriya xalqının istəklərinə cavab verəcək şəkildə yenidən qurulacaq.