“Milan”ın baş məşqçisi istefa verib, komanda digər portuqaliyalı mütəxəssisə tapşırılıbbackend

“Milan”ın baş məşqçisi istefa verib, komanda digər portuqaliyalı mütəxəssisə tapşırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın “Milan” klubunun baş məşqçisi Paulu Fonseka istefa verib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis bu barədə “Roma” ilə heç-heçə (1:1) etdikləri A Seriyasının XVIII turunun oyunundan sonra açıqlamasında bildirib.

P. Fonseka Milan təmsilçisini tərk etdiyini söyləyib:

“Mənim vicdanım təmizdir. Çünki əlimdən gələni etdim”.

Portuqaliyalı baş məşqçini bu postda həmyerlisi Serjiu Konseysau əvəzləyəcək.

Qeyd edək ki, komanda A Seriyasında 17 matçdan sonra 27 xalla 8-ci pillədə qərarlaşıb. Paulu Fonseka bu ilin iyunundan “Milan”da işləyir.