Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı keçiriləcək “sülh sammitində” iştirak etmək niyyətində deyil.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində bildirib.
“Dəvət alsaq belə, “sülh sammitində” iştirak etməyəcəyik”, – diplomat vurğulayıb.
Bundan əlavə, o əlavə edib ki, Rusiya Vladimir Zelenskinin bəyanatlarını izləməyi dayandırıb.
Rusiyalı nazir ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasının Ukrayna ilə bağlı təkliflərinin Rusiyanı qane etmədiyini də vurğulayıb.
Eyni zamanda, onun sözlərinə görə, Rusiya Ukrayna ilə bağlı dialoqa hazırdır, lakin pozulmayacaq şərtlərlə.