Rusiya və Ukrayna əsir mübadiləsi aparıblarbackend

Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ilə Rusiya arasında növbəti dəfə əsir mübadiləsi olub. Tərəflər 150-nin 150-ə düsturu əsasında əsir mübadiləsi aparıblar.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Dekabrın 30-da danışıqlar prosesi nəticəsində 150 ​​rusiyalı hərbi qulluqçu geri qaytarılıb, onlara lazımi psixoloji və tibbi yardım göstərilib, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verilir”, – nazirlikdən bildirilib.

Həmçinin qeyd edilib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya hərbçilərinin əsirlikdən qayıtması üçün humanitar vasitəçilik səyləri göstərib.