Vladimir Zelenski bəyan edib ki, Ukrayna ABŞ-ın vəd etdiyi vəsaitin yarısını hələ də almayıb.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə bloqqer Leks Fridmanla söhbətində bildirib.
Onun sözlərinə görə, ABŞ Kiyevə ümumilikdə təxminən 177 milyard dollar köçürməli idi.
“Gəlin səmimi olaq. Biz o pulun yarısını almadıq. Çox vacib olan ikinci məqam: məsələn, bu korrupsiyadırmı? Bu birinci sualdır. Kimin korrupsiyası? Bu, ikinci sualdır”, – Zelenski bildirib.