Sürücülərin diqqətinə: Bu rayon yolunda əlavə radarlar quraşdırılırbackend

Sürücülərin diqqətinə: Bu rayon yolunda əlavə radarlar quraşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar-Bəhrəmtəpə yolunda qəzaların qarşısının alınması məqsədilə 4 ədəd xüsusi texniki qurğu quraşdırılacaq.

NOCOMMENT.az Demokrat.az-a istinadən xəbər verir ki,  bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

O bildirib ki, Biləsuvar-Bəhrəmtəpə avtomobil yolu yenidən qurulub, müvafiq yol nişanları quraşdırılıb, nişanlama xətləri çəkilib, iki yerdə nəzarət-ölçü cihazı istismara verilib:

“Yolda ərazi polis orqanının Dövlət Yol Polisi tərəfindən sutkalıq xidmət aparılır, habelə Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə vaxtaşırı olaraq ərazidə qəzalılıq vəziyyəti öyrənilir, təhlükəli sahələrdə qabaqlayıcı tədbirlər görülür. Bununla yanaşı, hazırda bir sıra yollarda, o cümlədən Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda nizamlama vasitəsi qismində əlavə 4 ədəd xüsusi texniki qurğuların tətbiqi nəzərdə tutulub və yaxın vaxtlarda həmin vasitələrin quraşdırılmasına başlanılacaq”.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xüsusilə sutkanın qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində diqqətli olmağa, yolda nəzərdə tutulmuş sürət həddini aşmamağa, qaydalara qeyd-şərtsiz əməl etməyə çağırır.