Qocalar evində 13 nəfər koronavirusdan öldübackend

Qocalar evində 13 nəfər koronavirusdan öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şotlandiyanın Qlazqo şəhərindəki “Burlington Care Home” qocalar evində son bir həftədə 13 ölüm hadisəsi qeydə alınıb.

NOCOMMENT.az  RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə “Scottish Sun” məlumat yayıb.

Qəzetin yazdığına görə, 90 nəfər üçün hazırlanmış qocalar evində qeydə alınmış ölüm faktları koronavirusla bağlıdır. Ölənlərin hamısı koronavirus testindən keçirilməsə də, bütün ölüm faktlarına məhz bu virusun səbəb olduğu iddia olunur. Həmçinin ölənlərin hamısının başqa xəstəlikləri də olduğu qeyd olunub.

Report