Dünyada 1,2 trilyon, ABŞ-da 282 milyardlıq alış-veriş…backend

Dünyada 1,2 trilyon, ABŞ-da 282 milyardlıq alış-veriş…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da bayram günlərinə onlayn alış-veriş həcmi 280 milyard dolları keçib.

NOCOMMENT.az xəbər verir ki, Amerikan “Salesforce” proqram təminatı şirkəti qlobal bayram dövründə pərakəndə satışların 1,2 trilyon dollar, ABŞ-da isə 282 milyard dollara çataraq rekord səviyyəyə yüksəldiyini açıqlayıb.

Şirkətin 1 noyabr – 31 dekabr 2024-cü il dövrünü əhatə edən məlumatlarına əsasən, 1,5 milyard alış-veriş və 1,6 trilyon səhifə baxışı analiz edilib.

Onlayn satışlarda artım və mobil ticarətin təsiri

“Salesforce” açıqlamasında bildirilir ki, bayram mövsümündə qlobal pərakəndə satışlar 3 faiz artaraq 1,2 trilyon dollar təşkil edib. ABŞ-da isə satışlar 4 faiz artaraq 282 milyard dollara çatıb. Avropa İttifaqında bu rəqəm 1 faiz artım göstərib.

Artan istehlak xərcləri mobil və sosial media ticarətinin təsiri nəticəsində bayram mövsümünün gözləniləndən daha yaxşı keçdiyi vurğulanıb.

122 milyard dollarlıq məhsulun qaytarılması və süni intellektin rolu

Həm istehlakçıların, həm də pərakəndə satışçıların alış-veriş təcrübəsini təkmilləşdirmək üçün süni intellektdən istifadə etdiyi qeyd olunub. Bu texnologiya vasitəsilə edilən alış-verişlər bütün onlayn sifarişlərin 19 faizini təşkil edib və 2023-cü ilin bayram mövsümünə nisbətən 6 faiz artım göstərib.

Bununla belə, artıq 122 milyard dollarlıq məhsulun qaytarıldığı bildirilir. “Salesforce” istehlakçı analizləri direktoru Kayla Şvartsın fikrincə, 2024-cü ilin bayram mövsümü pərakəndə satışçılar üçün uğurlu keçsə də, qaytarılma nisbətindəki 28 faizlik artım narahatlıq yaradır.

Gələcəkdə süni intellektin əhəmiyyəti artacaq

Şvarts süni intellektin faydalarının artıq özünü göstərdiyini vurğulayıb. O, pərakəndə satışçıların məhsul qaytarılmaları nəticəsində yaranan gəlir itkilərini minimuma endirmək və müştərilərlə yenidən əlaqə qurmaq üçün bu alətlərin daha vacib olacağını bildirib.\\Valyuta.az