Ermənistanın delimitasiya prosesi tam başa çatana qədər Azərbaycanla sərhəddəki vəziyyətin monitorinqini aparan Avropa İttifaqının müşahidə missiyasına ehtiyacı var.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib.
“Aİ-nin mülki missiyasının müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədində qalmaqda davam edirlər. Bu vacib amildir”, – o qeyd edib.
XİN rəhbəri əminliyini ifadə edərək bildirib ki, Ermənistan və Azərbaycan arasında sərhədlər delimitasiya olunmadığı müddətdə Aİ-nin missiyası Ermənistan üçün vacib və zəruridir.