Alyaska ABŞ hökumətini neftlə bağlı məhkəməyə veribbackend

Alyaska ABŞ hökumətini neftlə bağlı məhkəməyə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da Alyaskanın hakimiyyət orqanları ABŞ-ın sahil zonasında məhdud neft qazma hüquqlarının verilməsinə görə hazırkı prezident Co Baydenin administrasiyasını məhkəməyə verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

“ABŞ-ın Alyaska ştatı Bayden administrasiyasını federal Arktika Milli Vəhşi Təbiət Sığınacağının bir hissəsində neft və qazın işlənməsinə icazə vermək üçün Konqresin direktivini pozduğuna görə məhkəməyə verib”, – nəşr yazır.

İddiada deyilir ki, Bayden administrasiyasının məhdudiyyətləri ehtiyatda gələcək neft kəşfiyyatı və qazma işlərini ciddi şəkildə məhdudlaşdıracaq.