Britaniyada təcavüzkar dəstənin lideri deportasiyadan yayınıbbackend

Britaniyada təcavüzkar dəstənin lideri deportasiyadan yayınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin Roçdeyl şəhərində qızlara təcavüz edən dəstənin lideri həbs cəzasını çəkdikdən sonra məhkəmənin deportasiya qərarı verməsinə baxmayaraq, şəhərdə yaşamağa və işləməyə davam edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

55 yaşlı Qari Abdul Rauf 2012-ci ildə yetkinlik yaşına çatmayan qızları zorlamaq və alver etməkdə təqsirli bilinən 9 kişidən biri olub. Rauf altı il həbs cəzası aldı, lakin cəmi iki il yarım çəkdikdən sonra 2014-cü ildə azadlığa çıxıb.

Məhkəmə Raufun Pakistana deportasiya edilməsinə qərar vermişdi, lakin vəkilləri bir neçə apellyasiya şikayəti verərək deportasiyanın Böyük Britaniyada arvadı və uşaqları olduğu üçün onu ailə həyatı hüququndan məhrum edəcəyini iddia etmişdilər. Nəticədə Rauf dəstənin əvvəllər fəaliyyət göstərdiyi şəhərdə qalır və çatdırılmaçı işləyir.