Serbiya Rusiyadan silah tədarükü ilə bağlı bir neçə müqaviləni ləğv edibbackend

Serbiya Rusiyadan silah tədarükü ilə bağlı bir neçə müqaviləni ləğv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya “dünyada vəziyyət normallaşana qədər” Rusiyadan silah tədarükü ilə bağlı bir sıra müqavilələrə xitam verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Serbiya Ordusunun Baş Qərargah rəisi general Milan Moysiloviç “Novosti”yə müsahibəsində bildirib.

“Rusiya Federasiyasından silah tədarükünə gəlincə, bu, hazırda praktiki olaraq mümkün deyil. <…> Qlobal səviyyədə beynəlxalq münasibətlərdəki vəziyyətin normallaşacağı və razılaşmaların həyata keçirilməsinə imkan verəcəyi ümidi ilə bəzi müqavilələrə xitam verdik, digərlərini isə təxirə saldıq”, – deyə Mojsiloviç Serbiyanın mövcud vəziyyətdən çıxış yolu tapmağa çalışdığını qeyd edib.

Baş Qərargah rəisi əlavə edib ki, Rusiya silahları dünyanın bir çox ölkələrində xidmətdədir və bir çox ölkələrdə lisenziya əsasında istehsal olunur, ona görə də Serbiya ordusu öz hərbi texnikasını saxlamaq üçün yollar axtarır.