Danimarka Qrenlandiyanın müstəqilliyinə icazə verir, lakin onun Amerika Birləşmiş Ştatlarının bir hissəsi olmaq ehtimalı yoxdur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bildirib.
“Biz tam etiraf edirik ki, Qrenlandiyanın öz ambisiyaları var. Əgər onlar reallaşarsa, Qrenlandiya müstəqil olacaq”, – “Reuters” nazirin sözlərindən sitat gətirir.
Eyni zamanda, Xarici İşlər Nazirliyinin rəhbəri Qrenlandiyanın ABŞ-a qoşulması variantının real olduğuna şübhə ilə yanaşır.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bundan əvvəl Danimarka hakimiyyətinin “azad dünya”nı qorumaq üçün Qrenlandiyanı ABŞ-a verməli olduğu fikrini bildirmişdi.