Şolz Trampa sərhədlərin toxunulmazlığı prinsipini xatırladıbbackend

Şolz Trampa sərhədlərin toxunulmazlığı prinsipini xatırladıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa ölkələri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiya və Panama kanalı ilə bağlı açıqlamalarına anlaşılmazlıqla yanaşıb.

NOCOMMENT.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib.

Siyasətçi xatırladıb ki, sərhədlərin toxunulmazlığı prinsipinə bütün ölkələr əməl etməlidir.

“Avropalı tərəfdaşlarımızla bu məsələ ilə bağlı danışıqlarım zamanı ABŞ-dan gələn son bəyanatlarla bağlı müəyyən anlaşılmazlıq açıq şəkildə ifadə olundu”, – kansler vurğulayıb.

Onun sözlərinə görə, sərhədlər “zorla dəyişdirilə bilməz” və Avropada təhlükəsizlik vəziyyəti “çox gərgin olaraq qalacaq”.