ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması məsələsində Rusiya prezidenti Vladimir Putinə güzəştə getməyi planlaşdırmır.
NOCOMMENT.az xəbər verir ki, ABŞ administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bu barədə Fox News telekanalında açıqlama verərək, Trampın guya Ukraynanı “xilas etmək” istədiyini qeyd edib.
“Onun nə Putinə, nə də ruslara heç nə verməyə çalışmadığını başa düşmək vacibdir. “Əslində o, Ukraynanı və onun suverenliyini xilas etmək istəyir”, – deyə o vurğulayıb.
Eyni zamanda o, Trampın Ukraynadakı münaqişəni tez bir zamanda dayandırmaq istədiyini bəyan edib.
Həmçinin Kelloqun fikrincə, ABŞ prezidenti Co Bayden Putinlə danışıqlardan imtina edərək böyük səhvə yol verib.