Dodik: Avropa Ukrayna münaqişəsində milyardlarla avro itirirbackend

Dodik: Avropa Ukrayna münaqişəsində milyardlarla avro itirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Ukrayna münaqişəsində Rusiya və onun prezidenti Vladimir Putinə uduzaraq milyardlarla avro itirib.

NOCOMMENT.az xəbər verir ki, bunu Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik deyib.

“Bəs Avropa? Hansı Avropa? O, Ukrayna müharibəsində milyardlarla pul itirib və itirir. Və kim qalib gəlir? Putin”, – siyasətçi qeyd edib.

Eyni zamanda o, Rusiya lideri Vladimir Putinin əvvəldən haqlı olduğunu vurğulayıb.

“Çünki hələ 2007-ci ildə (10 fevral 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransında – RT) o demişdi: “Bunu etmə, heç nə əldə etməyəcəksən”, – Dodik əlavə edib.

Daha əvvəl o qeyd edib ki, anti-Rusiya sanksiyaları Qərbin əldə etmək istədiyi effektləri yaratmır.