Ukrayna münaqişəsində Rusiyanın üstünlüyü var.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin etiraf edib.
Bununla belə, o, hesab edir ki, Moskva əldə edilmiş uğurları möhkəmləndirmək cəhdlərini çətinləşdirən problemlərlə üzləşir. Ostin problemlərin dəqiq nə olduğunu açıqlamayıb.
“Belə bir fikir var ki, Rusiya burada həlledicidir və bütün üstünlüklərə malikdir… Onun bəzi üstünlükləri var, lakin o, bu tənlikdə tam üstünlük təşkil etmir”, – o vurğulayıb.