Son 24 saat ərzində Ukrayna ordusu Kursk vilayətində 190-a qədər əsgər itirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bir sutka ərzində Ukrayna Silahlı Qüvvələri 190-a qədər hərbçi, bir piyada döyüş maşını, bir zirehli transportyor, iki zirehli döyüş maşını, beş avtomobil, bir artilleriya qurğusu, dörd minaatan və bir elektron döyüş stansiyası məhv edilib”, – nazirliyin məlumatında deyilir.
Kursk istiqamətində aparılan hərbi əməliyyatlar zamanı Ukrayna Silahlı Qüvvələrinin 50 310-dan çox hərbçi itirdiyi dəqiqləşdirilir.