Litva prezidenti Gitanas Nausedanın Kalininqradın mülkiyyəti ilə bağlı dediyi sözlər Vilnüsün Rusiyaya ərazi iddialarının olduğunu göstərir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Litva ölkəmiz üçün qeyri-dost dövlətdir, bizə düşmən olan dövlətdir, göründüyü kimi, bu, bizim dərin qorxularımızı əsaslandırır və dövlətimizin təhlükəsizliyini təmin etmək üçün bütün indiki və gələcək tədbirləri əsaslandırır ”, – Kreml nümayəndəsi bildirib.
Əvvəllər Nauseda Kalininqradı “Kiçik Litvanın” hissəsi adlandırırdı.