Tehranda “erməni gecəsi”ndə hicaba görə qalmaqal yaşandıbackend

Tehranda “erməni gecəsi”ndə hicaba görə qalmaqal yaşandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehranın “Ərəsbaran” mədəniyyət kompleksində keçirilən “erməni musiqi gecəsi”ndə hicaba görə qalmaqal yaşanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, bəstəkar Andrey Arzumaniyanın həyat yoldaşı, müğınni Şərarə Dolətabadi məcburi hicab qaydalarını pozduğuna görə səhnədən endirilib və ifasına icazə verilməyib.

Bundan sonra zala toplaşanların bir qrupu buna etiraz olaraq oranı tərk edib.

Qeyd edək ki, ermənilərin qapalı yerlərdə hicab qaydalarına əməl etmələri məcburi deyil.

Şərarə Dolətabadinin həyat yoldaşı erməni olsa da, özü erməni olmadığına görə belə halla üzləşib.