Uruqvayın keçmiş prezidenti Xose Muxika xərçəngin müalicəsindən imtina edib və həmvətənləri ilə vidalaşıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Uruqvayın keçmiş prezidenti Xose Muxika “Busqueda” jurnalına müsahibəsində bildirib.
“Ölürəm, yemək borusu xərçəngi indi qaraciyərimə yayılır. Bunun qarşısını almaq yoxdur. Niyə? Mən qocalmışam və iki xroniki xəstəliyim var”, – deyə o vurğulayıb.
Muxika əlavə edib ki, bədəni artıq əməliyyata və ya kimyaterapiyaya tab gətirə bilmir. O, həmyerliləri ilə də sağollaşıb.
Qeyd edək ki, Xose Alberto Muxika Kordano 2010-2015-ci illərdə ölkə prezidenti vəzifəsində çalışmış Uruqvaylı solçu siyasətçidir. Ötən il ona kimyaterapiyanı çətinləşdirən əvvəlki immunoloji xəstəliklə ağırlaşan yemək borusu xərçəngi diaqnozu qoyulmuşdu.