Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin əhalisini girov saxlayır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski özünün Teleqram kanalında bildirib.
“Bir tərəfdən, əlbəttə ki, klinika. “Digər tərəfdən, biz hamımız bu psixopatın girovuyuq”, -deyə o vurğulayıb.
Deputat qeyd edib ki, Zelenski hələ də ABŞ-ın təhlükəsizlik zəmanətlərinə və Rusiya prezidenti Vladimir Putini onun şərtləri ilə razılaşmağa məcbur etmək qabiliyyətinə inanır.
Bundan əvvəl Dubinski Ukrayna liderini reallığa qayıtmağa və istefaya getməyə çağırıb.