Soçidə Rixter cədvəli üzrə 3,5 bal gücündə zəlzələ baş verib.
NOCOMMENT.az xəbər verir ki, müvafiq məlumat Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin saytında yer alıb.
Xostinski rayonunun dağlarında beş kilometr dərinlikdə olan yeraltı təkanlar 14 seysmik stansiya tərəfindən qeydə alınıb.
“Saat 04:47-də kurortda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar silsiləsi olub, ən güclünün maqnitudası 3,5 bal olub”, – “Kuban News” nəşrinə Soçidəki seysmik stansiyadan da bildirilib.
Dekabrda Dağıstanda 4,2 bal gücündə zəlzələnin baş verdiyi bildirilirdi. Onun mənbəyi 57 kilometr dərinlikdə olub.