“Laçında baş verənlər onu göstərir ki, Ermənistan hər an yeni təxribatlar törədə bilər”- Politoloqbackend

“Laçında baş verənlər onu göstərir ki, Ermənistan hər an yeni təxribatlar törədə bilər”- Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın Fransa tərəfindən kütləvi silahlanma prosesi baş verir. Azərbaycanın sülh çağırışları, sabitliklə bağlı addımları qüvvədəykən, Ermənistanın dayanmadan silahlandırılması və Ermənistan üzərindən təhlükəli oyunların oynanılması onu söyləməyimizə əsas verir ki, Ermənistan bölgədə sülh və sabitliklə bağlı mesajlar versə də, əslində özünün müstəqil qərar qəbuletmə mahiyyəti yoxdur”.

Bu sözləri NOCOMMENT.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Laçında baş verən təxribatlar da onu göstərir ki, hər an Ermənistan tərəfindən Azərbaycan əsgərinə silah tuşlana bilər və bugün Ermənistan ərazilərində Azərbaycanla sərhəddə qanunsuz formada mövcud olan “Avropa İttifaqı missiyası” adı altındakı kəşfiyyat və təxribat maşını da təəssüflər olsun ki, bu prosesin qarşısını almır.

Laçında baş verənlər onu göstərir ki, Ermənistan hər an yeni təxribatlar törədə bilər. Ermənistanı silahlandıranlar Ermənistan vasitəsi ilə Cənubi Qafqaza qeyri-sabitlik bəxş etmək istəyənlərin əsas məqsədi də elə Ermənistan vasitəsi ilə yeni müharibə ocaqları formalaşdırmaqdır. Bütün hadisələr də bir daha onu göstərir ki, Ermənistan aktiv şəkildə Azərbaycan əleyhinə müharibəyə hazırlaşdırılır.

Dekabr ayında AZAL təyyarəsinin Rusiya tərəfindən vurulmasında bizi təəssüfləndirən məqamlar var, hansı ki, Rusiya Azərbaycanla yaxşı münasibətlərə, baxmayaraq, zamanında təyyarənin vurulması ilə bağlı günahını etiraf edib Azərbaycandan üzr istəmədi. Bu yaxşı münasibətimiz olduğu ölkə tərəfində edildiyi üçün, bizdə ciddi formada qıcıq yaradır.

Politoloq qeyd edir ki, burda ruslar və ermənilərin birləşib Azərbaycana qarşı bunu qəsdən etməsi versiyasını spekulyasiya hesab edir. Çox ağlabatan və dəqiq izah deyil, burda böyük ehtimalla böyük bir səhvdən söhbət gedir. Rusiya-Ukrayna müharibəsində hava sahəsinin normal idarə edilə bilməməsindən söhbət gedə bilər. Cənab Prezident də vurğulamışdır ki, burda daha çox koordinasiya problemi mövcud olmuş ola bilər.

Təcili və təxirəsalınmaz formada Rusiya təzminat ödəməlidir və publik şəkildə Azərbaycandan bir daha üzr istəməlidir.

Rusiya daim Ermənistan vasitəsi ilə özünün maraqlarını bölgədə təmin etməyə çalışmışdır. Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanda qərbin casus şəbəkələri də at oynadır. İndi USAID vasitəsi ilə ABŞ Ermənistana böyük maliyyə yardımları ayırır və eyni zamanda Ermənistanda Avropa İttifaqının mülki müşahidə missiyası adı altında qərbin casus və kəşfiyyat şəbəkəsi fəaliyyət göstərir və belə olan təqdirdə Rusiya Ermənistana əvvəlki formada tam nəzarət edə bilmir.

USAID

Ermənistan qərb tərəfindən Azərbaycana qarşı yeni müharibəyə qızışdırılır. Belə olan təqdirdə Rusiyanın hansısa bir formada Ermənistana dəstək olub-olmayacağını zaman göstərəcək.

İndiki dövrdə Azərbaycan və Ermənistan arasında aktiv döyüş əməliyyatları və müharibə şəraiti mövcud deyil.

 Aişə Əbdülova