Kiyev Rusiya qazının Slovakiyaya tranzitini dayandırdıqdan sonra ölkə Prezidenti Peter Pelleqrini Ukraynaya səfər etmək istəmir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, dövlət başçısı bunu “Şənbə dialoqları” verilişinin efirində deyib.
“Hazırda mənim Ukraynaya səfərim baş tuta bilməz”, – Prezident vurğulayıb.
Pelleqrini xatırladıb ki, Ukraynanın qaz tranziti dayandırmaq qərarı Slovakiyanın enerji təhlükəsizliyini təhdid edir.