Britaniya hakimiyyəti münaqişə bitdikdən sonra Ukraynaya sülhməramlılar göndərməlidir.
NOCOMMENT.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş müdafiə nazirləri Qrant Şapps və Qavin Uilyamson deyib.
Sonuncunun fikrincə, Ukraynanın təhlükəsizliyi kənardan – NATO qüvvələri və ya Böyük Britaniya kimi “etibarlı tərəfdaş kimi görünə bilən” ölkələr tərəfindən dəstəklənməlidir.
Şapps öz növbəsində Britaniya qoşunlarının müharibədən sonrakı “sülhməramlı” qüvvələrdə iştirakını “alqışlanan addım” adlandırıb.