Üzüm şirəsinin KİŞİLƏR ÜÇÜN əvəzolunmaz faydasıbackend

Üzüm şirəsinin KİŞİLƏR ÜÇÜN əvəzolunmaz faydası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üzüm şirəsinin müntəzəm qəbulu kişilərdə impotensiya riskini 83% azaldır.

NOCOMMENT.az-ın naked-science.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə çinli alimlərın apardıqları geniş tədqiqatlardan sonra məlum olub.

Bildirilir ki, təcrübədə 600 kişi könüllü iştirak edib.

Tədqiqatçılar müəyyən etdilər ki, həftədə beş və ya daha çox dəfə üzüm şirəsi içən kişilərdə erektil disfunksiya riski, heç vaxt belə şirə içməyən iştirakçılarla müqayisədə 79% daha aşağı olub. 40 yaşdan yuxarı yaş qrupunda isə daha yaxşı nəticə (83%) müşahidə edilib.

Qeyd olunur ki, qırmızı üzüm şirəsi ereksiyanı yaxşılaşdırmaqdan əlavə, ürək-damar sisteminin sağlamlığına da müsbət təsir göstərir. O, ürək əzələsini möhkəmləndirir, “pis” xolesterinin səviyyəsini azaldır və damarların elastikliyini qoruyur.

Alimlər bu effekti üzüm şirəsində, xüsusilə qırmızı üzüm sortlarında güclü antioksidant xüsusiyyətlərinə malik fenol birləşmələrinin yüksək tərkibi ilə izah edirlər. Bu maddələr qan damarları toxumalarının sağlamlaşmasına, bağırsaq mikroflorasının normallaşmasına və xolesterinin azalmasına kömək edir.

Bununla belə, həkimlər xəbərdarlıq edirlər ki, piylənmə və diabet, mədə xorası, kolit, qıcqırma ilə müşayiət olunan bağırsaq pozğunluqları və bir sıra digər xəstəliklərdən əziyyət çəkən insanlar bu məhsuldan çəkinməlidirlər.\\Oxu.Az