Daxili İşlər Nazirliyi ölkədə elan edilmiş xüsusi karantin rejimində insanların hərəkət hüquqları ilə bağlı maarifləndirici video çarx hazırlayıb.
NOCOMMENT.az xəbər verir ki, video çarx əsasən 4 sual üzərində hazırlanıb.
1. Məişət tullantılarının atılması məqsədilə evdən çıxmağa icazə tələb olunurmu?
2. Evdən icazəsiz çıxmış şəxs polisin “evə qayıt” tələbini yerinə yetirərsə, o, cərimə olunacaq, yoxsa xəbərdarlıqla kifayətlənəcək?
3. Dəfnində iştirakına icazə verilən yaxın qohumlar kimlərdir?
4. Şəxsi taksi sürücülərinin fəaliyyətinə hansı şərtlər daxilində icazə verilir?
Xatırladaq ki, (COVID-19) koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub.