Vergini ödəməyənləri hansı cəza gözləyir?
Qarşıdan gələn vergi mövsümünü nəzərə alaraq bu dəfə Kanadada vergilər haqqında yazmaq qərarına gəldik. Ola bilər ki, sizin üçün nə qədər vergi ödəyəcəyinizi hesablamaq bir qədər çətin görünə bilər. Amma Kanadadakı vergiləri bacardığımız qədər asan dildə izah etməyə çalışmışıq.
NOCOMMENT.az “Canazerbaijan.com“un vergi sistemi təhlililini təqdim edir:
Kanadada 2 cür vergi var.
– Federal hökumət səviyyəsində toplanan vergilər
– Əyalətlər (yerli hökumətlər) səviyyəsində toplanan vergilər
2025-ci il üçün Federal Vergi Dərəcələri
Kanada Vergilər Nazirliyi (CRA) 2025-ci il üçün federal verginin məbləğini aşağıdakı kimi yeniləyib:
15% – ilk 57,000 CAD gəlir üçün
20.5% – 57,000 CAD – 113,000 CAD arasında gəlir üçün
26% – 113,000 CAD – 176,000 CAD arasında gəlir üçün
29% – 176,000 CAD – 250,000 CAD arasında gəlir üçün
33% – 250,000 CAD-dan yuxarı olan gəlir üçün
Vergi dərəcənizi necə müəyyənləşdirməli?
Əldə etdiyiniz bütün gəlir deyil, sizə qalan xalis gəlir vergi dərəcəsinə daxildir. Yəni hökumət əldə etdiyiniz xalis gəlirinizdən vergi tutur.
Vergiyə cəlb olunan gəlirinizi bildikdən sonra, müvafiq olaraq federal və əyalət səviyyəsində vergi tutulmaları tətbiq edilir. Unutmayın ki, vergi dərəcəniz, T1 Gəlir Vergisi Bəyannamənizdə bildirdiyiniz gəlirə və həmin il yanvarın 1-dən dekabrın 31-nə qədər olan dövrdə yaşadığınız əyalət və ya ərazidən asılıdır.
Əgər 31 dekabrdan əvvəl başqa bir əyalətə və ya əraziyə köçsəniz, vergiləriniz, ilin sonuncu günü yeni yaşadığınız yerin vergi dərəcələrinə görə hesablanacaq.
Ümumi “orta vergi dərəcəniz” həm federal, həm də əyalət gəlir vergilərinin birləşməsidir. Belə ki, bu dərəcələri toplayaraq ümumi vergi yükünüzü aydın şəkildə görə bilərsiniz.
2025-ci il əyalətlər üzrə vergi dərəcələri
Federal vergilərdən əlavə, 31 dekabr tarixinə qədər yaşadığınız ərazi üzrə əyalət üzrə vergiləri də ödəməlisiniz. Aşağıdakı cədvəldə 2025-ci il üçün əyalətlər üzrə vergi dərəcələrini görə bilərsiniz:
Əyalətin adı: |
Vergi Dərəcəsi: |
Britaniya Kolumbiyası |
İlk 48,500 CAD gəlir üçün 5.09% vergi, 48,500 CAD-dan 96,500 CAD-a qədər olan gəlir üçün 7.72%, 96,500 CAD – 111,800 CAD arası gəlir üçün 10.57%, 111,800 CAD – 135,800 CAD arası gəlir üçün 12.34%, 135,800 CAD – 184,500CAD arası gəlir üçün 14.75%, 184,500 CAD-dan yuxarı gəlir üçün 17.3%, 252,800 CAD-dan yuxarı gəlir üçün 20.7%, |
Alberta |
İlk 149,400 CAD gılir üçün 10.1%, 149,400 CAD – 179,000 CAD arası gəlir üçün 12.1%, 179,000 CAD- 238,000 CAD üçün 13.1%, 238,000 CAD – 358,000 CAD üçün 14.1%, 358,000 CAD-dan yuxarı gəlir üçün 15.1% |
Saskaçevan |
İlk 53,500 CAD gəlir üçün 10.6%, 53,500 CAD- 150,000 CAD arası gəlir üçün 12.6%, 150,000 CAD-dan yuxarı gəlir üçün 14.6% |
Manitoba |
İlk 48,500 CAD gəlir üçün 11.0%, 48,500 CAD – 105,000 CAD arası gəlir üçün 12.9%, 105,000 CAD-dan yuxarı gəlir üçün 17.6% |
Ontario |
İlk 51,950 CAD gəlir üçün 5.06%, 51,950 CAD- 103,900 CAD üçün 9.25%, 103,900 CAD-dan 152,000 CAD-a qədər 11.35%, 152,000 CAD – 223,000 CAD arası gəlir üçün 12.35%, 223,000-dən yuxarı gəlir üçün 13.35% |
Kvebek (Québec) |
İlk 52,500 CAD gəlir üçün 14.5%, 52,500 CAD – 105,000 CAD arası gəlir üçün 19.5%, 105,000 CAD- 128,000 CAD arası gəlir üçün 24.5%, 128,000 CAD-dan yuxarı gəlir üçün 26% |
Nyu Bransvik |
İlk 51,000 CAD gəlir üçün 9.5%, 51,000 CAD- 102,000 CAD arası gəlir üçün 14.5%, 102,000 CAD- 190,000 CAD arası gəlir üçün 16.5%, 190,000-dən yuxarı gəlir üçün 20% |
Yeni Şotlaniya |
30,500 CAD-a qədər olan gəlir üçün 9.0%, 30,500 CAD- 61,000 CAD arası gəlir üçün 15.25%, 61,000 CAD – 95,000 CAD arası gəlir üçün 17.0%, 95,000 CAD – 160,000 CAD arası gəlir üçün 19.5%, 160,000-dən yuxarı gəlir üçün 22% |
Prins Edvard Adası |
33,000 CAD-a qədər olan gəlir üçün 9.8%, 33,000 CAD- 66,000 CAD arası gəlir üçün 13.9%, 66,000-dən yuxarı gəlir üçün 17.0% |
Nyufoundlend və Labrador |
45,000 CAD-a qədər olan gəlir üçün 8.8%, 45,000 CAD- 90,000CAD arası gəlir üçün 14.75%, 90,000 CAD- 160,000CAD arası gəlir üçün 16.0%, 160,000-dən yuxarı gəlir üçün 18.0% |
Nunavut |
54,500 CAD-a qədər olan gəlir üçün 4.1%, 54,500 CAD- 108,500CAD arası gəlir üçün 7.2%, 108,500 CAD- 177,000CAD arası gəlir üçün 9.2%, 177,000-dən yuxarı gəlir üçün 11.7% |
Yukon |
57,500 CAD-a qədər olan gəlir üçün 6.5%, 57,500 CAD – 113,000 CAD arasındakı gəlir üçün 9.3%, 113,000 CAD – 177,000CAD arası gəlir üçün 11%, 177,000-dən yuxarı gəlir üçün 13% |
Şimal-Qərb Əraziləri |
51,000 CAD-a qədər olan gəlir üçün 6%, 51,000+B10:B14 CAD- 102,000CAD arası gəlir üçün 8.7%, 102,000 CAD – 170,000CAD arası gəlir üçün 12.3%, 170,000-dən yuxarı gəlir üçün 14.3% |
Vergiləri necə hesablayaq?
Deyək ki, Britiş Kolumbiya (British Columbia) əyalətində yaşayan Əkbər adlı şəxsin vergiyə cəlb olunan xalis gəliri 60,000 CAD-dır. Gəlin, Əkbərin nə qədər vergi ödəyəcəyinə diqqət yetirək. Federal hökumətə ödədiyi vergidən başlayaq.
1. Federal verginin hesablanması
Vergiyə cəlb olunan 60,000 CAD-ın ilk 57,000 CAD-ından 15% vergi tutulur ki, bu da 8,550 CAD edir. 60,000 CAD-ın yerdə qalan 3,000 CAD-ından isə 20,5% vergi tutulur ki, bu da 615 CAD deməkdir. Beləliklə, Əkbərin ümumi federal vergisi belə olacaq: 8,550 CAD + 615 CAD = 9,165 CAD.
2. Əyalət üzrə vergi
Britiş Kolumbiyada Əkbərin əyalət vergisi aşağıdakı kimi hesablanacaq:
– İlk $48,500 CAD-dan 5.09% vergi tutulacaq ki, bu da $2,467.65 CAD edir.
– Yerdə qalan 11,500 CAD-dan (60,000 CAD- 48,500 CAD) 7.72% vergi tutulacaq ki, bu da 885.80 CAD-a bərabərdir.
Beləliklə, Əkbərin əyalət üzrə vergisi aşağıdakı kimi olacaq:
2,467.65 CAD + 885.80 CAD = 3,353 CAD
3. İndi isə Əkbərin Federal və əyalət üzrə ödəməli olduğu ümumi gəlirə nəzər yetirək:
Ödəməli olduğu federal və əyalət vergisini toplayaq:
9,165 (federal vergi) + 3,353 CAD (əyalət vergisi) = 12,518.45 CAD
Beləliklə, bir il ərzində təmiz gəliri 60,000 CAD olan Əkbər həmin il üçün 12,518 CAD vergi ödəməlidir. Bu da ümumilikdə onun gəlirinin təxminən 21%-i deməkdir.
Vergi kreditləri və azaldılmalar
Vergi kreditləri və azaldılmalar vergi ödənişinizi azalda bilər. Bunların ikisini də nəzərdən keçirin:
Vergi Kreditləri (Tax Credits)
Vergi kreditləri geri qaytarılan və qaytarılmayan ola bilər. Geri qaytarılmayan vergi kreditləri ödədiyiniz vergini azaldır, amma artıq qalan məbləğ geri qaytarılmır. Geri qaytarılan vergi kreditləri isə, ödədiyiniz verginin üzərində qalan məbləğ şəklində geri qaytarılır.
Vergi Azaldılmaları (Tax Deduction)
Azaldılmalar vergiyə cəlb olunan gəlirinizi azaldır, bu da ödəyəcəyiniz verginin məbləğini aşağı salır və daha aşağı vergi ödəməyinizə səbəb olur. Məsələn, təqaüd üçün yığdığınız RRSP, həmkarlar təşkilatlarına və uşaq baxçasına ödədiyiniz xərclər gəlirinizdən çıxılır və yerdə qalan məbləğ vergiyə cəlb edilir.
Vergini ödəyə bilməyəndə…
Əgər vergini tam şəkildə ödəyə bilmirsinizsə, Vergilər Nazirliyi (CRA) sizə ödəmə planı hazırlayır, yəni vergini hissə-hissə ödəyirsiniz. Amma ödəmədiyiniz məbləğin üzərinə faiz gəlir. Vergini ödəmədiyiniz halda, CRA əmlakınızı müsadirə edə, yaxud sizi məhkəməyə verə bilər.\\Valyuta.Az