ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ölkədə hərbi əməliyyatlar başlamadan hökumətin və Venesuela prezidenti Nikolas Maduronun dəyişməsini istəyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Axios portalı siyasətçinin administrasiyasındakı anonim mənbəyə istinadən məlumat yayıb.
Mənbələr nəşrə bildiriblər ki, Respublikaçılar komandası Maduronun devrilmiş Suriya prezidenti Bəşər Əsədin taleyini təkrarlamasını istəyir.
“Maduronun Moskvada Əsədin yanında olması ilə heç bir problemimiz olmayacaq”, – nəşrin mənbəsi paylaşıb.
Mənbələrin fikrincə, rejim dəyişikliyi mütləq hərbi əməliyyatları əhatə etməməlidir.
Axios qeyd edir ki, Venesuela miqrant axınına görə ABŞ üçün problemli ölkədir.