Britaniyanın 300 hərbçisi NATO təlimlərində iştirak üçün Çexiyadan keçəcəkbackend

Britaniyanın 300 hərbçisi NATO təlimlərində iştirak üçün Çexiyadan keçəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 19-dan 26-na kimi Britaniyanın 300 hərbi qulluqçusu və 100-ə yaxın hərbi texnikası NATO-nun “Steadfast Dart 2025” təlimində iştirak etmək üçün gecə saatlarında Çexiya ərazisindən keçərək Rumıniyaya gedəcək.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Ceske noviny” nəşri məlumat yayıb.

Qeyd olunur ki, hərbi karvan bazar günü, yanvarın 19-na keçən gecə Almaniya ilə sərhəddə yerləşən keçid vasitəsilə Çexiya ərazisinə daxil olacaq.

Britaniya qoşunları kolonlarının keçidi Çexiya hərbi polisi tərəfindən təmin ediləcək.

Yanvarın 13-də Rumıniyada NATO-nun “Steadfast Dart 2025” təlimləri başlayıb.

Manevrlərdə NATO-nun doqquz üzv ölkəsindən təxminən 10 min hərbçi, 17 hərbi dəniz vasitəsi, 20-dən çox təyyarə və 1,5 min texnika iştirak edəcək. Təlimlər zamanı NATO-nun “Şərq cinahını sürətlə gücləndirmək” vəzifəsi olan yeni reaksiya qüvvələrinin (“Allied Action Force”) yerləşdirilməsini hazırlamaq planlaşdırılır.