Trampın nümayəndəsi Qəzza zolağına səfər edə bilərbackend

Trampın nümayəndəsi Qəzza zolağına səfər edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff Qəzza zolağına səfər edə bilər.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “NBC News” öz mənbələrinə istinadən yazıb.

Bildirilib ki, o, İsraillə “HƏMAS” arasında atəşkəsin təmin olunması və razılaşmanı poza biləcək problemləri həll etmək məqsədilə yaxın aylarda Yaxın Şərqə getmək niyyətindədir.

Məlumata görə, Trampın nümayəndəsini narahat edən əsas məsələ Qəzza və onun yaxınlığında İsraillə “HƏMAS” arasında hər gün baş verən toqquşmalardır: “Unutmayın ki, təkcə “HƏMAS” tərəfində deyil, həm də İsrail tərəfində razılığı pozmaqda maraqlı olan çoxlu radikallar var”.

Qeyd edək ki, tərəflər arasında atəşkəs razılaşması yanvarın 18-də təsdiqlənib. Buna baxmayaraq, İsrail planlaşdırılan atəşkəsi təxirə salıb. Buna səbəb kimi “HƏMAS”ın Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində bu gün mübadilə zamanı azad edilməsi planlaşdırılan girovların siyahısını İsrailə verməməsi göstərilib.

Xatırladaq ki, “HƏMAS” hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində azad ediləcək israilli girovların siyahısını bir neçə saat ərzində vasitəçilərə təhvil verəcək.