“O gecə xəstəxanada yatırdım” – Xalq artisti 20 Yanvardan yazdıbackend

“O gecə xəstəxanada yatırdım” – Xalq artisti 20 Yanvardan yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“1990-cı il o gün, 20 yanvar qaranlıq, qara buludlu qanlı yanvar gecəsi! Silah səsləri, insanların fəryadı, göz yaşları indi də qulaqlarımdadı. Bakının üzərini almış qara buludlu gecədə 4 nömrəli xəstəxanada yatırdım, o gecə nə qədər yaralılar gətirirdilər xəstəxanaya!”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Xalq artisti Mələykə Əsədova 20 Yanvar xatirələrini bölüşərkən yazıb. 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar paylaşım edən sənətçi bu gecəni heç vaxt unutmayacağını bildirib.

O, sonda vətən uğrunda canını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyib.\\Sfera.az