Ürək problemlərinə səbəb olan dərmanlar hansılardır?backend

Ürək problemlərinə səbəb olan dərmanlar hansılardır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumi praktikant Aleksandr Myasnikov, Rusiya 1 kanalında “Ən vacib şey haqqında” verilişinin efirində ürək problemlərinə səbəb olan dərmanların adını çəkdi. 

NOCOMMENT.az xəbər verir ki, həkim xərçəngin müalicəsində istifadə edilən bəzi dərmanların ürək xəstəliklərinə səbəb olduğunu bildirib. “Klassik antikanser dərmanı var, onkologiyanın müalicəsi üçün yaradılmış antibiotik, o, ciddi kardiodepressiv təsir göstərə bilər, biz bunu bilirik, amma elə olur ki, bəzi şişlər yalnız buna cavab verir” dedi həkim.

Həkimin fikrincə, ürək problemləri azitromisin və klaritromisin kimi antibiotiklərin qəbulu nəticəsində də yarana bilər.

Daha əvvəl Myasnikov xəbərdarlıq etmişdi ki, aritmiya üçün dərmanlar ürəyə də zərər verə bilər. Bundan əlavə, həkimin dediyi kimi, ağrıkəsici qəbul etmək ürək problemlərinə səbəb ola bilər.