ABŞ-da “TikTok” və “CapCut” qadağasından sonra “Meta” yeni video redaktə tətbiqi “Edits”i təqdim etdi.
NOCOMMENT.az-ın məlumatına görə, “TikTok”un bağlanması ilə “TikTok”un ana şirkəti “ByteDance”nin başqa bir proqramı olan video redaktə vasitəsi “CapCut” da ABŞ-da “App Store” və “Google Play Store”dan silindi.
“Meta” “TikTok” və “CapCut” qadağasından sonra yeni video redaktə proqramı olan “Edits”i təqdim etdi .
“Instagram”ın CEO-su Adam Mosseri “Threads” vasitəsilə verdiyi açıqlamada tətbiqin gələn ay “iOS” və daha sonra “Android” üçün əlçatan olacağını açıqladı.
Həmçinin bildirilib ki, şirkət tətbiqi hazırlamaq üçün müəyyən məzmun istehsalçıları ilə işləyir.//Valyuta.az
Mosseri tətbiqin yüksək keyfiyyətli kamera, ideya və ilhamı izləmək üçün xüsusi nişanlar, qaralama paylaşımı və “Instagram” performans analizi kimi qabaqcıl alətlərlə təchiz ediləcəyini bildirib. O, redaktələrin daha çox məzmun yaradıcılarına yönəldiyini də vurğulayıb.