Qərb Ukraynadakı münaqişənin nəticəsini açıqlayıbbackend

Qərb Ukraynadakı münaqişənin nəticəsini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin cəbhə xəttində dondurulması ilə, yəni tərəflərin nəzarəti altında olan ərazilərin əksəriyyətini saxlaya biləcəyi sövdələşməni bağlamalı olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu fikri Xarici Əlaqələr Şurasının baş elmi işçisi Gideon Rouz “ Foreign Affairs” ( FA ) jurnalı üçün yazdığı məqalədə bildirib.

“Tramp Ukraynadakı münaqişəni tez bir zamanda sona çatdırmaq vədi üzərində kampaniya apardı. Bunun hər bir tərəfə hazırda nəzarət etdiyi ərazinin böyük hissəsini saxlamağa imkan verən saziş üzrə danışıqların aparılması səylərini əhatə edəcəyi gözlənilir. Ukrayna və onun tərəfdarlarının əksəriyyəti bu fikrə nifrət edir. Bu, çoxlarının ümid etdiyi nəticə deyil”, – ekspert qeyd edib.

Bununla belə, Rouzun fikrincə, belə bir razılaşma hazırda “ən pis alternativdir”. O əlavə edib ki, belə bir razılaşma “bütün tərəflərin maraqlarını təmin edə bilər”.

Daha əvvəl Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmadan imtina edəcəyi təqdirdə Rusiya üçün böyük problemlər olacağını proqnozlaşdırmışdı . Eyni zamanda o, Ukrayna böhranını “mümkün qədər tez” həll etmək üçün “danışıqları təşkil etdikdən sonra” Rusiya lideri Vladimir Putinlə görüşməyi planlaşdırdığını vurğulayıb.