Baş nazir: Ottava ABŞ-ın Kanada mallarına tətbiq etdiyi tariflərə cavab verəcəkbackend

Baş nazir: Ottava ABŞ-ın Kanada mallarına tətbiq etdiyi tariflərə cavab verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ottava ABŞ-ın Kanada mallarına dollara görə rüsum tətbiq etməsinə cavab verəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu Kanadanın baş naziri Castin Trüdo deyib.

Onun sözlərinə görə, bütün variantlar “masanın üstündədir”.

“Tariflər məsələsində mən “dollara görə dollar” prinsipini dəstəkləyirəm”, – deyə hökumət başçısı bildirib.

Siyasətçi qeyd edib ki, ölkəsi bu variantı “mütləq” nəzərdən keçirəcək.

Trüdo həmçinin ABŞ-a xəbərdarlıq edib ki, əgər ABŞ prezidenti Donald Tramp Kanada mallarına 25% rüsum tətbiq etmək qərarına gəlsə, Rusiya və Çindən resurslar almalı olacaq.

Bundan əvvəl Tramp Meksika və Kanadadan gələn mallara 25%-lik yeni tariflərin fevralın 1-dən tətbiq oluna biləcəyini bildirmişdi.