ABŞ Ukraynadakı münaqişənin həllində maraqlıdır.
NOCOMMENT.az xəbər verir ki, bunu NBC News-a müsahibəsində dövlət katibi Marko Rubio deyib.
“Bu münaqişəyə son qoymaq ABŞ-ın rəsmi siyasəti olacaq və biz buna davamlı və sabit şəkildə nail olmaq üçün əlimizdən gələni edəcəyik”, – deyə o vurğulayıb.
Rubionun sözlərinə görə, Vaşinqton “üç-dörd ildən sonra” Ukrayna ilə Rusiya Federasiyası arasında başqa bir silahlı qarşıdurmanın həllini istəmir.