ABŞ, Yaponiya, Hindistan və Avstraliyanın xarici siyasət idarələrinin rəhbərləri ABŞ prezidenti Donald Trampın yeni administrasiyası dövründə QUAD dördtərəfli təhlükəsizlik dialoqu formatında keçirilən ilk görüşün yekunlarına görə regionda sabitliyi qorumağa hazır olduqlarını bəyan ediblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Birgə bəyanatda qeyd edilir ki, dövlətlər regional dəniz, iqtisadi və texnoloji təhlükəsizliyi gücləndirməyə, eləcə də etibarlı təchizat zəncirlərini təşviq etməyə sadiqdirlər.
Bildirilir ki, QUAD formatında iş Hindistanda keçiriləcək dörd ölkənin sammitinə hazırlıq məqsədilə növbəti aylarda müntəzəm olaraq davam etdiriləcək.