76 nəfərin ölümünə səbəb olan hoteldən geriyə qalanlarbackend

76 nəfərin ölümünə səbəb olan hoteldən geriyə qalanlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 21-də saat 03:27-də Türkiyənin Bolu vilayətində məşhur Kartalkaya dağ-xizək kurortunda yerləşən “Grand Kartal” otelində dəhşətli yanğın baş verib. Yanğın zamanı 12 mərtəbəli binada 237 qonaq olub.

NOCOMMENT.az xəbər verir ki, yanğın dördüncü mərtəbədə, hotelin restoranında başlayıb və qısa müddətdə bütün binaya yayılıb. Fasadın taxta üzlənməsi yanğının sürətlə yayılmasına səbəb olub. Bir çox qonaq tüstü qoxusuna oyanaraq koridorların artıq qatı tüstü ilə dolduğunu və xəbərdarlıq sistemlərinin işləmədiyini görüb.

Faciə nəticəsində 76 nəfər həlak olub, daha 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli matəm elan edib. Səlahiyyətlilər yanğının səbəbləri ilə bağlı araşdırmalara başlayıb. Hotel sahibi də daxil olmaqla 9 nəfər yanğın təhlükəsizliyi qaydalarını pozmaqda şübhəli bilinərək saxlanılıb.\\“Unikal” 

  • 76 nəfərin ölümünə səbəb olan hoteldən geriyə qalanlar
  • 76 nəfərin ölümünə səbəb olan hoteldən geriyə qalanlar
  • 76 nəfərin ölümünə səbəb olan hoteldən geriyə qalanlar
  • 76 nəfərin ölümünə səbəb olan hoteldən geriyə qalanlar

Buna da baxın

Ərdoğan hoteldəki yanğında ölənlərə görə Boluya gedirbackend
Sosial
Ərdoğan hoteldəki yanğında ölənlərə görə Boluya gedir