Ötən il ərzində Azərbaycana xaricdən 3 min 27 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib.
NOCOMMENT.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu sayda elektromobil idxalına çəkilən xərcin həcmi 121 milyon 606 min ABŞ dolları (206 milyon 730 min manat) olub. İdxal olunan bir ədəd elektromobilin orta qiyməti 40 min 173 ABŞ dolları (68 min 295 manat) təşkil edib.
Xaricdən alınan elektromobillər 2023-cü illə müqayisədə miqdar ifadəsi ilə 75 ədəd (2,4%), dəyər ifadəsi ilə 3 662 ABŞ dolları (2,9%) azdır. 2023-cü ildə idxal olunan 3 min 102 ədəd elektromobilə çəkilən xərcin həcmi 125 milyon 268 min ABŞ dolları (212 milyon 955 min manat) tışkil edib.\\Valyuta.az