Ramiz Mehdiyevin kürəkəninin dandığı SƏS YAZISI: Elə edin ki, kefimiz yaxşı qalsınbackend

Ramiz Mehdiyevin kürəkəninin dandığı SƏS YAZISI: Elə edin ki, kefimiz yaxşı qalsın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyev karantin qaydalarını pozaraq, qızına toy etməsi barədə yayılan xəbərlərdən sonra ilk dəfə demokrat.az-a danışmışdı.

Sabiq deputat hələ o zaman hər şeyin yaxşı olduğunu söyləmişdi: “Mənim kefim yaxşıdır, elə edin ki, kefimiz yaxşı qalsın. Bu barədə heç nə danışmayaq, başını buraxın getsin. Hər şey qaydasındadır. Heç kimə cavab vermək istəmirik. Sağ olun!”

Bu gün 15 günlük həbsdən çıxan sabiq deputat həmin açıqlamasını danıb və belə bir şeyin olmadığını bildirib.

NOCOMMENT sabiq deputat İlham Əliyevin sözügedən açıqlamasının səsyazısını təqdim edir: