Aİ müdafiə xərclərini məktəblərə və səhiyyəyə ayrılan xərclər hesabına artırmağı təklif edibbackend

Aİ müdafiə xərclərini məktəblərə və səhiyyəyə ayrılan xərclər hesabına artırmağı təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) ölkələri təhsil və səhiyyə xərclərini azaltmaqla Şimali Atlantika Alyansı daxilində müdafiə xərclərini artırmalıdır. 

NOCOMMENT.az xəbər verir ki , bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

“Keçən il Aİ ölkələri birlikdə ÜDM-in təxminən 1,9 faizini müdafiəyə, Rusiya isə 9 faizini xərcləyib. Biz məktəblərimizə, səhiyyəmizə milyardlar xərcləyirik, lakin müdafiəyə daha çox pul xərcləməsək, bütün bunlar sual altında olacaq”, – deyə avropalı diplomat qeyd edib.

Kallas həmçinin bildirib ki, ABŞ prezidenti Donald Tramp Brüsselin NATO-nun müdafiəsinə kifayət qədər pul xərcləmədiyini söyləyərkən tamamilə haqlıdır .

Bundan əvvəl Tramp NATO müttəfiqləri ilə müqayisədə ABŞ-ın Ukraynaya yardıma ayırdığı qeyri-mütənasib xərclərdən narazılığını bildirib . Oval kabinetdə çıxışı zamanı o qeyd edib ki, Vaşinqton Kiyevə dəstək üçün alyansa üzv olan ölkələrdən 200 milyard dollar çox sərmayə qoyub.