Suriyanın müdafiə naziri: Dəməşq hərbi bazalarının gələcəyi ilə bağlı Moskva ilə danışıqlar aparırbackend

Suriyanın müdafiə naziri: Dəməşq hərbi bazalarının gələcəyi ilə bağlı Moskva ilə danışıqlar aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın yeni hakimiyyət orqanları Rusiyanın Suriya ərazisindəki hərbi bazalarının gələcəyi ilə bağlı Rusiya ilə danışıqlar aparır.

NOCOMMENT.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Murhaf Əbu Kasra bildirib.

“Bu məsələnin son ​​həllinin necə olacağı hələ də bəlli deyil. Hələ ki, rəhbərliyimizdən bu məsələ ilə bağlı heç bir göstəriş almamışıq. Bununla belə, bizim rəhbərliyimiz tərəfindən Suriya Xarici İşlər Nazirliyinin iştirakı ilə aparılan danışıqlar davam edir”,-  o, “Əl Ərəbi” telekanalına müsahibəsində qeyd edib.