Finlandiya prezidenti Aleksandr Stubb Rusiya ilə bağlı sərhəddə yerləşən “Nuyyamaa” keçid məntəqəsinə baş çəkəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Prezident Aparatının saytında məlumat verilib.
“Laaperantaya səfər “Nuyyamaa” keçid məntəqəsindən başlayacaq və burada prezident sərhəd xidmətinin fəaliyyəti ilə tanış olacaq. Onunla birlikdə daxili işlər naziri Mari Rantanen də iştirak edəcək”, – deyə məlumatda bildirilir.