Sumqayıt şəhər ərazisinin bir hissəsini içməli su ilə qidalandıran su kəmərində aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar yanvarın 23-də səhər saat 10:00-dan, axşam saat 17:00-a qədər Kotec, Kimyaçılar qəsəbələrinə, Bulvar ərazisi, 26-cı məhəllə, Xəzər bağları, 7-8-12-ci məhəllənin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatalrı Agentliyindən məlumat verilib.