Azərbaycanlı iş adamı azadlığa buraxıldıbackend

Azərbaycanlı iş adamı azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə azadlığa buraxılıb.

NOCOMMENT.az xəbər verir ki, Ş.Səmədzadə bir neçə gün əvvəl sərbəst buraxılıb.

O, sayta açıqlamasında həbsinin səbəbləri barədə danışmayıb: “Əsas odur ki, azadlıqdayam. İşdir, iş olan yerdə də problemlər olur”.

Qeyd edək ki, Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmsi Səmədzadə Prezidentin əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılmışdı.\\Gununsesi.info